Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür

5/5

  •       Azərbaycan xalqı bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd edir. Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 22 iyun 2023-cü il tarixində Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağını təqdim etdi. Döyüş Bayrağı nəyi ifadə edir? –O, Azərbaycan Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiә etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağının şüarı “Azərbaycan uğrunda”dır! Dövlət başçısı yeni açılmış hərbi hissədə yaradılan şəraitlə tanış oldu.Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxdı. Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı. Hərbi hissədəki açıq idman şəhərciyində güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izlədi. Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prezident İlham Əliyev hərbi hissədə Döyüş Bayrağı təqdimetməsi mərasimində çıxışı edib: Bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsi açılır. Bu, çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. Yaşasın Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!
    Aydın Əliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib47 dəfə
    azərbaycan ordusu müharibə dövründə qəhrəmanlıq peşəkarlıq göstərmiş azərbaycan ordusundan daha da güclüdür

    Maraqlı gələ bilər
    286
    48
    0